Azərbaycanca По-русски In english
Yerin orbitinin kritik yerdəyişməsi sübuta yetirildi

Yerin orbitinin kritik yerdəyişməsi sübuta yetirildi
Yupiter və Veneranın qravitasiya təsiri səbəbindən hər 405 min ildə Yerin orbiti uzanır. Bu isə iqlim dəyişikliyinə, həyatın inkişafına və kütləvi məhvlərə gətirib-çıxarır.

“EurekAlert” nəşrinə istinadla xəbər verir ki, Ratqersk Universitetindən Denis Kentin rəhbərlik etdiyi alimlər qrupu bu nəticəyə gəlib.

Bununla yanaşı, nəzəri modelləşdirmə nəticələri son 50 milyon il ərzində etibarlıdır.

Araşdırmaçılar Nyu Cersi ştatındakı Nyuark körfəzini və Arizona ştatında “Chinle Formation”da çöküntü süxurlarını təhlil edərkən Yer kürəsinin maqnit sahəsindəki dəyişikliklərlə bağlı daha geniş informasiyalar əldə ediblər.

Onlar 202-253 milyon illik tarixə malik olan kernlər aşkar ediblər. Kernlərin daxilində planetin maqnit sahəsinin vəziyyətini qiymətləndirməyə imkan verən kristallar var.

Əldə olunmuş nəticələr Yer kürəsinidə bir çox canlıların məhvi ilə nəticələnən hadisələrin dəqiq tarixini müəyyən etməyə imkan verəcək.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

6 aylıq hamilə Pelin Karahan kökəlib - fotolar

Bir markanın reklam siması olan Pelin Karahan mətbuat konfransına qatılıb. Axşam.az-ın Türkiyə...

Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb. ...

Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar - SİYAHI

2017-ci ilin 9 ayında Azərbaycanda doğulmuş qız uşaqlarına verilən ən populyar ad Zəhra olub. ...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.