Azərbaycanca По-русски In english
Çinlilərdən Bakıda şok hərəkət - RƏSMİ

Çinlilərdən Bakıda şok hərəkət - RƏSMİ
Bakıda banklardan birində 18900 saxta ABŞ dolları dəyişmək istəyən əcnəbi vətəndaşlar saxlanılıb.

DİN-dən Sonxeber.az-a verilən məlumata görə, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən banklardan birinin filialında 3 əcnəbi ölkə vətəndaşı külli miqdarda saxta ABŞ dolları dəyişməyə cəhd göstərib. Onların bu niyyətlərinin qarşısı bankda xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən alınıb. Qısa zaman kəsiyində hadisə yerinə cəlb edilən idarənin tutucu qrupunun əməkdaşları həmin şəxsləri saxlayaraq aidiyyəti üzrə Polis İdarəsinə təhvil veriliblər.

Araşdırma aparılan zaman saxlanılan şəxslərin Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulov olduğu müəyyənləşib. Saxlanılan şəxslərdən ümumilikdə 18900 saxta ABŞ dolları müəyyən edilərək maddi sübut kimi götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində yerləşən ticarət mərkəzlərində istifadə etmək niyyəti ilə ölkə ərazisinə gətirdiklərini etiraf ediblər.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Ayına görə körpə baxımı

Körpələr, doğulduqları ilk andan etibarən həm özlərini, həm də ətrafındakıları kəşf etməyə...

Yaş dövrünə görə uşaq tərbiyəsi

Hiperaktiv uşaqla necə davranmalı?İnsan heç kimin nəzarəti olmadan özünün qərarı əsasında yaxşını...

Ev şəraitində dondurma resepti

Tərkibi: Banan Çiyələk Kivi Yağsızlaşdırılmış yoqurt Hazırlanması: Meyvələri doğrayıb konteynerə...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.