Azərbaycanca По-русски In english
Min bir dərdin dərmanı olan sumağın FAYDALARI

Min bir dərdin dərmanı olan sumağın FAYDALARI
İnfeksion xəstəliklərin qarşısını alır

Sumaq orqanizmdə iltihablanma, hərarət, artrit, dəri iltihabı, tənəffüs pozğunluqları, bronxit və bir çox xəstəliyin müalicəsində müsbət təsirə malikdir. Laboratoriya nəticələri sumağın yaxşı anti-inflamatuar xüsusiyyətlərə malik olduğunu təsdiqləyib.

Sumaq dərini müdafiə edir

Bu ədviyyatın anti-inflamatuar və antibakterial xüsusiyyətləri dəri problemlərinin müalicəsində və yaraların sağalmasında güclü təsirə malikdir. Çeynənmiş sumaq yarpaqları iltihablı diş ətlərini sağaldır.

Sumaq ürəyi və qaraciyəri qoruyur

Yüksək xolesterin ürək və qaraciyər xəstəliklərinin başlıca səbəbidir. Siçanlar üzərində aparılan təcrübədə sumaq meyvələri ekstraktının qanda xolesterin səviyyələrini aşağı saldığı ortaya çıxıb. Bu da onu göstərir ki, ədviyyat ürək və qaraciyər qorumaq üçün faydalıdır.

Antikanserogen xüsusiyyətləri var

Aparılan bəzi araşdırmalarda sumaq bitkisinin antikanserogen olduğu təsdiq edilib. Sumağın digər sağlam hüceyrələr üzərində mənfi təsir yaratmadığı, ancaq xərçəng hüceyrələrini məhv etdiyi müşahidə olunub. Bundan sonra sumaqdan dərman kimi kimyəvi müalicədə də istifadə edilməyə başlanılıb.

Qadınlar üçün olduqca faydalıdır

Sumaq qadın xəstəliklərinin müalicəsində də tətbiq edilir. Həddindən artıq vaginal axıntı zamanı dərman kimi istifadə olunur. Eyni zamanda sumaq ana südünün artırılması məqsədilə də istifadə edilir.

Menstruasiya və ağrıların müalicəsində

Mütəmadi olaraq sumaq istifadəsinin menstruasiya pozğunluğuna və aybaşı zamanı yaranan ağrılara yaxşı təsir etdiyi söylənilir.

İnsan bədənində detoks təsiri yaradır

Zərərli toksinlər zamanla insan bədənində yığılır və müxtəlif sağlamlıq problemlərinə yol açır. Sumaq toksinlərin bədəndən çıxarılması prosesini asanlaşdırır.

Tənəffüs və həzm problemlərini aradan qaldırır

Tənəffüs yolları xəstəliklərini müalicə etmək məqsədilə istifadə edilir. Sumağın müxtəlif tənəffüs yolu xəstəliklərində faydası elmi araşdırmalarda sübut olunub.

Sidikqovucudur

Sumaq sidikqovucu xüsusiyyətləri sayəsində orqanizmdən zəhərli maddələrin atılmasını təmin edir. Sidik kisəsi iltihabını müalicə etmək üçün istifadə edilir. Yaxın şərqdə turş sumaq suyu mədə problemlərini sakitləşdirmək üçün tez-tez istifadə edilən təbii müalicə üsuludur.

Müalicəedicidir

Sumaq qanın təmizləməsi və boğaz ağrısının müalicəsi üçün faydalıdır. Sumağın büzücü və soyuducu xüsusiyyətləri həzm və sidik kisəsi problemlərinə müalicəvi təsir göstərir.

Sumaq suyu necə hazırlanır?

Sumağı bişmiş toyuğa, kartof salatında, qatığa və ya ət yeməklərinin üzərinə əlavə etmək həm faydalıdır, həm də onlara xüsusi dad verir. Sumağı eyni zamanda içki kimi də istifadə edə bilərsiniz.

Öskürəyə qarşı sumaq siropu

İnqrediyentlər:

1 stəkan su

1yemək qaşığı bal

2 yemək qaşığı sumaq

Hazırlanması:

1. Suyu və balı kiçik qazanının içinə töküb odda qaynadın.

2. Daha sonra sumağı qatın.

3.10 dəqiqə qarışdırandan sonra dəmə qoyun.

4. Bankaya töküb və qaranlıq yerdə saxlayın.
скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Analar və körpələri ilə dejavü – fotolar

Doğulacaq körpəsinin yolunu gözləmək qadınların həyatının ən həyəcanlı anlarıdır. Axşam.az xarici...

Rüblük qiymətləriniz zəifdir?

Şagirdlər hər rübün sonu tətilə çıxırlar. Rüblük qiymətlərin alınması dönəmində şagirdlər və...

Nigar Camal: "Qadının ən böyük vəzifəsi analıqdır" - fotolar

"Eurovision 2011"qalibi Nigar Camal sosial şəbəkədə qızları ilə fotolarını paylaşıb. Axşam.az-ın...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.