Azərbaycanca По-русски In english
Ordunun 100 illiyi ilə bağlı paradda - BİR İLK

Ordunun 100 illiyi ilə bağlı paradda - BİR İLK
İyun ayının 26-da, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakı şəhərində keçiriləcək hərbi paradda maraqlı bir yenilik planlaşdırılır.

“AzeriDefence”ə istinadən xəbər verir ki, bu barədə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

C.Xəlilovun sözlərinə görə, Azərbaaycanın müstəqillik tarixində keçirilən hərbi paradlardan ilk dəfə olaraq builkində İkinci Dünya Müharibəsi veteranları da keçid edəcəklər.

“Planlaşdırmışıq ki, həmin dövrün müharibə veteranları hərbi geyimdə, maşında 416-cı Taqanroq diviziyasının bayrağı ilə tribuna önündən keçsinlər”, – deyə C. Xəlilov bildirib.

Qeyd edək ki, Azərbaycanın müstəqilliyi dövründə - 1991-ci ildən indiyədək Bakı şəhərində dörd (1992, 2008, 2011 və 2013-cü illərdə), Naxçıvan şəhərində isə bir hərbi parad keçirilib.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Uşaqlarda həkim fobiyası

Uşaqlarda rast gəlinən fobiyalardan biri də həkim fobiyasıdır. Bu uşağın həkim adını eşidərkən...

Cəbhədən xəbər var

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı...

Körpələrdə olan xırıltının səbəbləri

Xüsusilə də 1 yaşından kiçik uşaqlarda geniş olaraq görülən sağlamlıq problemlərindən biri də...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.