Azərbaycanca По-русски In english
Körpələrdə bişməcəni sağaldan TƏBİİ ÜSULLAR

Körpələrdə bişməcəni sağaldan TƏBİİ ÜSULLAR
Körpələrdə olduqca geniş rastlanan bişməcə müxtəlif səbəblərlə bağlı olur. Bişməcə körpənin bez istifadə edilən bölgəsində qızaran iltihablı nahiyəyə deyilir. Körpənin qidasını dəyişdirməsi, təmizliyi üçün istifadə edilən losyon, nəm salfetlər, sabunlar da bişməcəyə səbəb ola bilər. Bundan başqa, körpənin bezini uzun müddət dəyişdirmədən saxlamaq bu problemi qaçılmaz edir.

Unutmayın ki, bəzi körpələrin dərisi daha həssas olur. Dəridəki sürtünmələr səpgilərə, bu səpgilər də infeksiyaya yol aça bilir. Məsələn, səpgilərdə bakteriyalar tapılır. Ona görə bakteriyaların yayılmaması üçün körpənizin bezini dəyişdirmədən əvvəl mütləq əllərinizi yuyun.

Ev şəraitində bişməcənin müalicə yollarını təqdim edirik.

Bişməcəyə qarşı evdə nə edə bilərsiniz?
-Vazelin bişməcəyə qarşı möhtəşəm vasitədir. Körpənin bezini dəyişdirərkən qızaran hissəyə nazik təbəqə şəklində vazelin çəkin. Vazelin çəkmədən əvvəl körpəni yaxşı yuyub qurulayın.

-Hindqozu yağı da nəmləndirici təsirə malikdir və bişməcə problemində istifadə edilir. Körpənin bezini hər dəyişdirdiyinizdə həmin nahiyəyə hindqozu yağı çəkin. Səpkilər çoxdursa, hindqozu yağının içinə bir neçə damcı çay ağacı yağı da əla və edə bilərsiniz.

-Əmizdirmək özü körpəni bir neçə infeksiya və bakteriyaya qarşı qoruyur. İnfeksiya keçmiş hissəyə bir neçə damcı ana südü əlavə edin. Sonra açıq şəkildə qurumasını gözləyin. Quruduqdan sonra bez bağlaya bilərsiniz.

-Zeytun yağının nəmləndirici təsiri var. 1 çay qaşığı suyun içinə 1-2 çay qaşığı da zeytun yağı əlavə edib körpənizin altına nazikcə çəkin. Sonra bezini bağlayın.

-Badam, susam (küncüt), jojoba yağları da bişməcə səpgilərinə yaxşı təsir edir. Çimizdirdikdən sonra körpəni qurulayın və bu yağlardan biri ilə ona masaj edin.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Körpələrin dırnaqları necə kəsilməlidir?

Bir çox körpə doğulduğunda dırnaqları uzun olur. Körpələrin dırnaq tutulması, valideynlər üçün çox...

2016-cı ildə dünya zənginləri bu qədər pul qazanıb - MƏBLƏĞ

Dünyanın ən zəngin insanları 2016-cı ilin əvvəllərindən 237 milyard dollar gəlir əldə ediblər və...

Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - FOTOLAR

Hökməli qəsəbəsində dəhşətli partlayışın baş verdiyi ev sahibi vəzifəli şəxs imiş. Zərərçəkmiş...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.